Müharibə naziri: HAMAS-ın İsrailə hücum ideyası İranda formalaşıb

Müharibə naziri: HAMAS-ın İsrailə hücum ideyası İranda formalaşıb

HAMAS-ın İsrailə hücum ideyası İranda formalaşıb.

Bunu İsrailin müdafiə naziri Yoav Qalant amerikalı həmkarı Lloyd Ostinin ölkəsinə səfəri çərçivəsində görüşündən sonra təşkil edilən brifinq zamanı deyib

Qalant İran, Hizbullah və HAMAS-ı şər qüvvələr adlandırıb.

Nazirin sözlərinə görə, İran tərəfinin HAMAS radikal qruplaşmasına İsrailə hücumun həyata keçirilməsi üçün icazə verib-verməməsindən asılı olmayaraq, bu ideyanın özü İranda formalaşıb.

O qeyd edib ki, HAMAS-ın bütün addımları, hərəkətləri İrandan idarə olunur, bu ölkədən pul göndərilir və qərarlar qəbul edilir, icazələr verilir.

#

Hacı Cavadov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × three =