Müqavimət 28 anti-sionist əməliyyatı keçirib

Müqavimət 28 anti-sionist əməliyyatı keçirib

Mehr Xəbər Agentliyinin Fələstin mediasına istinadən verdiyi məlumata görə, fələstinli hərbçilər ötən gecə və gündüz sionist əsgər və mühacirlər əleyhinə müqavimət əməliyyatlarının davamı olaraq 28 aksiya və fəaliyyət həyata keçiriblər.

Fələstin “Muti” Statistika Mərkəzi bir hesabatda fələstinli fəallar və müqavimət qüvvələrinin 4 atışma əməliyyatı, 2 qumbara atma əməliyyatı həyata keçirdiklərini açıqlayıb. Sionist köçkünlərlə qarşıdurma ilə bağlı 5 əməliyyat, mühacirlərin avtomobillərinə 2 hücum hadisəsi və sionist işğalçılarla 15 dəfə toqquşma baş verib.

Bu hesabata görə, bu qarşıdurmaların mərkəzində işğal olunmuş Qüds, Ramullah, Qəlqəliyyə, Nablus, Yerixo və Hebron durur.

Bu əməliyyatlar sionist hərbçilərin və mühacirlərin işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə Fələstin xalqına qarşı törətdiyi təcavüz və cinayətlərə cavab olaraq həyata keçirilir.

Sionist rejimin vəhşiliyinin qurbanı olan uşaqlar

Uşaqların Müdafiəsi Ümumdünya Hərəkatı fələstinli uşaqların sionist hərbçilərin təcavüz hədəfinə çevrildiyini açıqlayıb.

Bu hərəkat bu ilin əvvəlindən sionist işğalçı qüvvələrin İordan çayının qərb sahili və Şərqi Qüdsdə güllələdiyi 23 uşağın şəhadətini müşahidə edib və qeydə alıb.

Onlardan ən sonuncusu, uşaqları daşıyan avtomobilin hədəfə alınması zamanı iki fələstinli gənclə birlikdə şəhid olan Cenin düşərgəsinin sakini 15 yaşlı Əşrəf Murad Əsl-Sədidir.

Bu hərəkat vurğulayıb ki, Cenin sakini olan 15 yaşlı fələstinli uşaq Sədil Ğəssan Nəğnəğiyyə də bu il iyunun 21-i səhər saatlarında sionist işğalçıların hücum zamanı ona dəyən güllələrdən ağır xəsarət alıb və şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 3 =