Müqavimətin Aşkelon, Aşdod və Təl-Əvivə ağır raket hücumu
![Müqavimətin Aşkelon, Aşdod və Təl-Əvivə ağır raket hücumu](https://sizinyol.org/wp-content/uploads/2023/12/thumbs_b_c_bd33125a0f2bcb21dca68dc74f8bb9b1.jpg)
Media mənbələri Fələstin müqavimətinin işğal altındakı Fələstinin cənubunda yerləşən Aşkelon və Aşdod şəhərlərinə və Təl-Əviv şəhərinə raket zərbəsi endirdiyini bildirib.
İRNA-nın cümə axşamı verdiyi xəbərə görə, Əl-Cəzirə kanalı Fələstin müqavimətinin ağır raket hücumu həyata keçirdiyini və Aşkelondan Təl-Əvivin ən şimal nöqtəsinə qədər hədəf aldığını açıqlayıb.
Məlumata görə, Aşdod, Aşkelon və Təl-Əvivdə həyəcan təbili çalınıb və bu ərazilərdə bir neçə güclü partlayış səsi eşidilib.
Məlumatlı mənbələr Təl-Əvivdəki evlərə bir neçə raketin düşdüyünü bildirib.
Əl-Cəzirə-nin Fələstindəki müxbiri İlyas Kəram deyib: Bu raket hücumu çox şiddətli idi və müharibə başlayandan bəri belə bir hücum həyata keçirilməmişdi.
Bununla əlaqədar olaraq sionist media mənbələri qeyd olunan ərazilərə doğru 35-dən çox raket atıldığını elan ediblər.
HƏMAS-ın hərbi qanadı olan Şəhid İzzəddin Əl-Qəssam Taborları da bəyanat verərək, bu hücumu sionist rejimin Qəzza zolağında dinc əhaliyə qarşı törətdiyi cinayətlərə cavab olaraq həyata keçirdiklərini açıqlayıb.