Müqavimətin pusqusu nəticəsində 30 İsrail əsgəri ölüb və yaralanıb

Müqavimətin pusqusu nəticəsində 30 İsrail əsgəri ölüb və yaralanıb

Bu gün işğalçı rejim ordusu Qəzzada fələstinli döyüşçülərin uğurlu pusqusu zamanı öz əsgərlərinin böyük itki verməsinin şahidi olub.

İzzəddin Əl-Qəssam müqavimət qrupu (HƏMAS-ın hərbi qolu) bu gün (18 yanvar) Xan Yunisin şərqindəki Bəni Səhila bölgəsində İsrail əsgərlərinin sığındığı bir evin bombalanması və partladılması nəticəsində 30 əsgərin həlak olduğunu və yaralandığını açıqlayıb.

İzzəddin Əl-Qəssam Xan Yunisin şərqindəki “Absan” bölgəsində “Yasin 105” raketləri ilə iki Merkava tankı və bir hərbi buldozeri hədəf aldığını bildirib.

Həmçinin Xan Yunisin şərqində fələstinli döyüşçülər TBG minaatanları ilə İsrail əsgərlərinin yerləşdiyi başqa bir evi hədəfə alıb və bu hücumda 5 işğalçı əsgər də həlak olub.

Qəzzada müharibənin 104-cü günüdür, İsrail rejiminin isə onun sona çatma vaxtı ilə bağlı heç bir fikri və ya nəzəri yoxdur və ilkin elan edilmiş məqsədlərinin heç birinə hələ də nail olmayıb. Sionist rejimin baş naziri Benyamin Netanyahu Çərşənbə axşamı günü İsrail Ordusunun Cənub Komandanlığının Birəs-Səbədəki qərargahındakı keçirilən iclasda Qəzzada müharibənin 2025-ci ilə qədər davam edəcəyini söyləyib.

Bu arada Yediot Aharonot qəzeti İsrail ordusunun Qəzzada Fələstin müqavimətinin tunel şəbəkəsinin böyüklüyünə təəccübləndiyini yazıb.

İsrail hərbi mənbələri bu qəzetə bildiriblər ki, görünür, HƏMAS tunellərinin ölçüsü proqnozlaşdırılandan yüz dəfələrlə çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × one =