Müqavimətin Qəzzada İsrail ordusu ilə şiddətli döyüşü: Bir neçə sionist zabit və əsgər həlak olub

Müqavimətin Qəzzada İsrail ordusu ilə şiddətli döyüşü: Bir neçə sionist zabit və əsgər həlak olub

Sionist ordusu Qəzzə şəhərində müqavimət döyüşçüləri ilə bu gün davam edən döyüşlər zamanı bir neçə əsgər və zabitinin həlak olduğunu, bir neçəsinin isə yaralandığını elan edib.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, sionist rejim ordusu fələstinli müqavimət döyüşçüləri ilə qarşıdurma zamanı daha bir neçə əsgərinin həlak olduğunu elan edib.

İşğalçı ordu 3 zabit və əsgərin həlak olduğunu, daha 4 əsgərin isə ağır yaralandığını açıqlayıb. İşğalçı ordunun məlumatına görə, bu itkilər bugünkü döyüşlər zamanı baş verib.

Bu arada fələstinli mənbələr cümə axşamı gecəsi elan ediblər ki, müqavimət döyüşçüləri hazırda Fələstin meydanı və Qəzza şəhərinin mərkəzindəki “Əs-Səmər” kəsişməsi ətrafında sionist qüvvələrlə ağır döyüş aparırlar.

Bundan əvvəl, cümə axşamı İsrail ordusu Qəzzanın şimalında Fələstin müqaviməti ilə toqquşmalarda daha iki zabitinin öldüyünü elan edib:

  Qəzzanın şimalında baş verən qarşıdurmalarda bu rejim ordusunun 401-ci diviziyasının qüvvələrindən “Asaf Meister” və “Kabir Yitzhak Franco” həlak olub.

Sionist “Yediot Aharont” qəzeti də bu barədə yazıb: “Meister” 601-ci batalyonda, “Franko” isə 52-ci batalyonda taqım komandiri olub.

Həmçinin, xəbərlərdə Qəzzanın şimalında baş verən qarşıdurmalarda işğalçı ordunun 9217-ci batalyonunun bir zabiti və ehtiyatda olan hərbçisinin yaralanması və vəziyyətlərinin pisləşməsi barədə məlumat verilir.

Əməliyyat yerinin ətrafındakı ərazidə keçirilən səhra əməliyyatı zamanı işğalçı ordunun general-mayoru da ağır yaralanıb.

Əl-Əqsa tufanı əməliyyatının başlaması və sionistlərin qabaqcıl tanklarla Qəzzəyə daxil olmasından bir neçə gün sonra bu ərazi praktiki olaraq sionist tankları və əsgərləri üçün qəbiristanlığa çevrilib və müqavimət döyüşçüləri yüzdən çox tankı, sionistlərin personal daşıyıcıları və qabaqcıl zirehli texnikalarını hədəf alıblar. Nəticədə Qüdsün işğalçı rejiminə böyük ziyan vurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 + 20 =