Müqtəda Əs-Sədr Netanyahunu İraqla münasibəti ilə bağlı ciddi şəkildə xəbərdar etdi

Müqtəda Əs-Sədr Netanyahunu İraqla münasibəti ilə bağlı ciddi şəkildə xəbərdar etdi

Sizinyol xarici mediaya istinadən xəbər verir:

İraqın hazırkı “Əs-Sədr” fraksiyasının lideri bəzi ərəb ölkələri ilə sionist rejim arasında əldə olunan razılaşmanı qınadı. Sionist Baş nazirə Tel-Əvivdəki İraqın virtual səfirliyinin açılması ilə bağlı yayımlanan bəzi xəbərlərlə bağlı ciddi xəbərdarlıq etdi.

İraqdakı Əs-Sədr fraksiyasının lideri Müqtəda Əs-Sədr İsrail Baş naziri Benyamin Netanyahuya bu gün (cümə) yazılı mətndə cümə xütbəsində xəbərdarlıq edib.

Shafaq News xəbər verir ki, Müqtəda Əs-Sədr bunları söylədi: “Allahın bəndəsi Müqtəda Əs-Sədrdən Allahın düşməni Benyamin Netanyahuya! (Netan ərəbcə yoluxmuş və aludə mənasını verir) İraq torpağına gəlmək haqqında mən səni xəbərdar edirəm. Səfirliyi açmağı və ya daha da pisini, onu İraqda açmağı düşünmə, çünki Quran ayələrinə görə o gün son gününüz olacaq.”

Əs-Sədr davam etdi: “Bu məsələdən sonra bu planetin şərqindəki və qərbindəki məzlum insanlara səslənirəm, sionist rejimlə münasibətlərin normallaşması alçaldıcıdır. Allah bunu bizdən uzaqlaşdırsın. Bilin ki, Daş İnqilabı şəhidlərini unutmayacağıq. Fələstin vicdanımızda yaşayır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 3 =