Müxtəlif şəhərlərdə fələstinlilərlə sionistlər arasında münaqişə baş verib – Video
Sionistlərin Məscidül-Əqsaya yenidən hücumuna etiraz edən fələstinli gənclər müxtəlif şəhərlərdə işğalçı qüvvələrlə toqquşublar.
Müvəqqəti sionist rejimin Əl-Əqsa məscidində ibadət edənlərə və işğal olunmuş ərazilərin digər bölgələrində fələstinlilərə qarşı cinayətkar hücumları çərşənbə günü axşam və cümə axşamı səhəri də davam edib.
Məlumatlara görə, işğalçı qüvvələr qanunsuz olaraq Məscidül-Əqsaya daxil olmuş və fələstinlilərə hücum edərək “Əl-Qəbli məscidi”ni ibadət və zəvvarlardan tamamilə boşaldıblar.
“Əl-Cəzirə” müxbiri işğal olunmuş Qüdsdən olan fələstinli gənclərin “Şüfəat” qaçqın düşərgəsinə hücum edən sionistlərlə toqquşduğunu bildirib.
İşğal altındakı Qüdsün meri “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib: “İsrailin Əl-Əqsa məscidinə hücumlarının məqsədi onu ələ keçirməkdir.
İşğalçılar Əl-Əqsaya qarşı dəhşətli cinayət törədir və bu faşizm heç kimə mərhəmət göstərməyən müharibəyə çevrilməmiş dayandırılmalıdır.”
Fələstin mediası həmçinin bildirib ki, saxta sionist rejim polisi Ummul-Fəhm şəhərində nümayişçilərə gözyaşardıcı qazla hücum edib və fələstinli döyüşçülər təkərləri yandıraraq və daş ataraq özlərini müdafiə ediblər.
“Şahab” xəbər agentliyi işğalçıların silahlı katerlərinin Qəzzə zolağının şimalında fələstinli balıqçıların qayıqlarına atəş açdığını bildirib.
Məlumatlara görə, sionist əsgərlər Məscidül-Əqsanın həyətlərini boşaltdıqdan sonra oradan geri çəkiliblər, lakin onlar bu kompleksin giriş qapılarına yerləşdirilib və fələstinliləri içəri buraxmayıblar.
Digər tərəfdən, İordan çayının qərb sahilində və “Yaşıl xətt” daxilində terrorçu sionistlərlə qarşıdurmada onlarla fələstinlinin yaralandığı bildirilir.
Bir neçə dəqiqə sonra Fələstin mediası sionist terrorçunun işğal olunmuş Qüdsün köhnə hissəsində bir fələstinli yeniyetməni güllələdiyini bildirib.
Fələstinlilər əlindən yaralanan bu yeniyetməni müalicə üçün xəstəxanaya aparıblar.