“MY” Ronaldunu “cəzalandırdı” – OLAY

“MY” Ronaldunu “cəzalandırdı” – OLAY

Publika.az xarici mediaya istinadla xəbər verir ki, ingilis klubunun rəhbərliyi bu addımı cari mövsümdə Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün atıb. Mşhur portuqaliyalı ilə sövdələşmədə müvafiq variant nəzərə alınıb.

Məlumatda deyİlir ki, futbolçu “Mançester Yunayted”in başbilənərinin bu qərarını son dərəcə hirslə qarşılayıb. O, ötənilki mövsümdə 18 qol vuraraq, klubuna böyük töhfə verdiyini düşünür.

Qeyd edək ki, bundan əvvəl Ronaldunun agenti Xorxe Mendeşin 7 nömrənin “Napoli”yə transferi ilə bağlı çalışması məlumatı yayılmışdı. Bu müqavilənin bir hissəsi kimi, nigeriyalı hücumçu Viktor Osimhen qarşı klubdan “MY”-ya keçə bilərmiş. Amma “Napoli”dən açıq şəkildə bildirilib ki, Osimheni ingilis klubuna yalnız “qırmızı şeytanlar”ın 100 milyon avro ödəyəcəyi və Ronaldunu icarəyə verəcəyi təqdirdə buraxacaqlar. Bundan savayı, ingilislər 37 yaşlı portuqaliyalının maaşının böyük hissəsini ödəməlidir.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + nineteen =