Nəbih Berri: Sionistlərin təhdidindən qorxmuruq

Nəbih Berri: Sionistlərin təhdidindən qorxmuruq

Livan Parlamentinin sədri düşmən sionistlərin təhdidlərindən zərrə qədər qorxmadığını və ölkəsinin bir qarış torpağına soxulmaq istədiyi an var-qüvvələri ilə qarşılığını görəcəklərini deyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Nəbh Berri işğal olunmuş Fələstinlə sərhəddəki vəziyyətlə əlaqədar çıxışında deyib: Bəzi ekstremist tərəflər Livan müqavimətini istəmədiyi mövqe ilə qarşılaşdırmaq istəsələr də, bu imkansızdır.

N.Berri Əl Cumhuriyyə qəzetinə verdiyi müsahibəsində də şəxsən ona toxunan mövzuya işarə edərək qeyd edib: Mən öz mövqeyimdən geriyə addım atmayacağam və hamı bizim işğalçı sionistlərdən zərrə qədər qormadığımızı, Livan torpağının bircə qarışına belə təcavüz etdiyi an lazımınca cavablandırılacağını çox yaxşı bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + five =