Nəhayət ki, TŞ Qəzzə müharibəsi barədə qətnamə çıxardı
BMT Təhlükəsizlik Şurası Qəzzədə dərhal atəşkəs rejiminin bərpası və humanitar yardımların çatdırılması üçün keçidlərin açılması barədə qətnamənin ilkin çıxarışını çıxarıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, TŞ bu gün (16 noyabr) ilkin qətnamədə Qəzzə zolağında dinc əhaliyə humanitar yardımların çatdırılmasının zərurətini və sionist girovların dərhal azad edilməsi tələb olunur.
Bu qətnamə Qəzzətə dərhal atəşkəsin bərqərarı və davam etməsi də qeyd edilir.
Bu qətnamə 12 müsbət və 3 mənfi (Amerika, İngiltərə və Rusiya) səslə təsdiqlənib.
Bundan əvvəl də Amerika və sionist rejimin digər müttəfiqləri Qəzzədə atəşkəs rejiminin bərqərarı tələbini veto etmişdi. Rusiya və Çin isə ABŞ-ın təqdim etdiyi atəşkəs qətnaməsinə veto qoymuşdu.
Xatırladaq ki, Fələstin İslami Müqavimət Hərəkatı Həmas 70 ildən artıq torpaqlarının işğalı və 20 il mühasirədə qalmış Qəzzə və minlərlə fələstinlinin sionistlər tərəfindən işgəncələrə məruz qalmasına reaksiya olaraq oktyabrın 7-də Əl Əqsa Tufanı Əməliyyatı adı altında Tel Əvivə zərbələr endirdi. Tel Əviv də bu əməliyyatın cavabında 40 gündən artıqdır ki, bu əməliyyatı bəhanə edərək Qəzzəni bombardman edir.