Nərimanov rayonunda yol qəzası olub
![Nərimanov rayonunda yol qəzası olub](https://sizinyol.org/wp-content/uploads/2021/06/2e961afa-affb-3cc8-a058-c0e2a41da39e_850_759-1.jpg)
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Nərimanov rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişin, 1983-cü il təvəllüdlü Quliyev Məmməd Ağa oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Din.gov.az