Nablus və Cenində sionist əsgərlərlə fələstinlilər arasında şiddətli toqquşma baş verib
Fələstin mediası Cenində sionist hərbçilərlə fələstinlilər arasında baş verən ağır toqquşmalar və 10 fələstinlinin şəhadəti barədə xəbər verib.
Fələstin mediası sionist qüvvələrin Cenin şəhərinə pilotsuz təyyarənin və əsgərlərin hücumu nəticəsində 10 fələstinlinin şəhid olduğunu, 20 nəfərin isə yaralandığını bildirib.
Fələstinin “Səfa” saytının xəbərinə görə, sionist rejim yaralıları daşıyan təcili yardım maşınını da hədəfə alıb və sionist hərbçilər yaralılara kömək etmək üçün tibb qrupunun Cenin düşərgəsinə daxil olmasına mane olublar.
Digər tərəfdən Fələstin Xəbər Agentliyi (Vəfa) Nablusun şərqində yerləşən Bəlata düşərgəsində 5 fələstinlinin yaralandığını bildirib.
Bu xəbərə əsasən, sionist rejimin əsgərləri sözügedən düşərgəyə hücum edərək, onlarla Fələstin vətəndaşları arasında şiddətli qarşıdurmaya səbəb olub və nəticədə 5 fələstinli döyüş gülləsinə tuş gəlib və yaralanıb.
Təhlükəsizlik mənbələri bildiriblər ki, sionist rejimin bir qrup xüsusi təyinatlısı bu düşərgəyə hücum edib və vətəndaşlara geniş şəkildə atəş açmağa başlayıb.
Bununla əlaqədar olaraq Nablus məscidləri səsgücləndiricilər vasitəsilə insanları Bəlata düşərgəsinə getməyə və sionist rejim əsgərləri ilə mabarizəyə dəvət edib.
Bəzi KİV-lər sionist rejimin daha çox əsgər və hərbi texnikasının Cenin şəhəri və Ənl-Nəsarə küçəsinə göndərilməsi barədə xəbərlər yayıblar.