Narkotiklə şərlənən ilahiyyatçıya 6 il həbs cəzası verildi

Narkotiklə şərlənən ilahiyyatçıya 6 il həbs cəzası verildi

Azərbaycan Respublikasında möminlərə qarşı repressiya səngimək bilmir. Tanınmış ilahiyyatçı Mənsur Viləşə hökm oxunub.

“Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, oktyabrın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hakim Mənsur Viləşin 6 il müddətinə azadlıqdan mərhum edilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, ilahiyyatçı narkotik ittihamı ilə şərlənib. O, İmişlidə saxlanılıb və ağır işgəncələrə məruz qalıb.

Bu arada daha bir dindara da hökm oxunduğu xəbər verilir. Bəxtiyar Babaşov bu il martın 9 da oğurlanıb. 11 mart tarixində Nərimanov rayon məhkəməsində ona 234.1-1-lə cinayət işi açılıb və 4 aylıq istintaq müddəti təyin edilib.

“Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə əsasən, istintaq sonradan maddəni dəyişdirib 234.4.3-lə əvəzləyib. Müstəntiq bunu belə izah edib ki, Bəxtiyar Babaşova 40 qram yarım heroin qoyulub, bu isə istifadə miqdarından çoxdur. Ona görə də 234.4.3, yəni külli miqdarda satış ittihamı ilə əvəzlənib.

Məhkəmə iclasındakı son sözündə Bəxtiyar Babaşov deyib ki, o, ictimai fəaliyyətinə görə şərlənərək həbs edilib.

Digər məlumata əsasən, narkotik ittihamı ilə şərlənən Müsəlman Birliyi Hərəkatının üzvünü Kürdəxanıda vəhşicəsinə döydülər.

Narkotik ittihamı ilə şərlənib həbs edilən Samir Babayevi Kürdəxanıda Pentensiar xidmətin Əlibala və Aydın adlı iki əməkdaşı vəhşicəsinə döyublər.

“Məlumat” İnformasiya Agentliyinin verdiyi xəbərə görə, bu barədə Samir Babayev dünən ailəsinə məlumat verib.

Qeyd edək ki, dünən, Bakı Ağır Cinayətlər Məhkəməsində Samir Babayevə 4 il müddətinə azadlıqdan mərhum edilməsi ilə bağlı hökm oxunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

13 + 12 =