NASA-nın “CAPSTONE” peyki ayətrafı orbitinə daxil olub

NASA-nın “CAPSTONE” peyki ayətrafı orbitinə daxil olub

ABŞ-ın gələcək idarə olunan “Gateway” ayətrafı stansiyasının texnologiyalarını sınaqdan keçirmək üçün “CAPSTONE” peyki ayətrafı orbitinə buraxılıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Aeronavtika və Kosmos İdarəsi bildirib.

“CAPSTONE” missiyasının komandası “NASA CAPSTONE” kosmik aparatının bazar günü (ABŞ Şərq Sahil vaxtı ilə, EST) axşam saatlarında nəzərdə tutulan ayətrafı orbitinə çatdığını təsdiqlədi. “EST” vaxtı ilə saat 19:38-də kubsat mühərrikləri işə salaraq orbitə daxil olmaq üçün ilk orbital manevr etdi”, – deyə İdarənin saytında qeyd olunub.

Trend.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + 13 =