Nasir Əbu Şərif: Qərbin sionist rejimə dəstəyi, uduzan at üzərində mərc etməkdir

Nasir Əbu Şərif: Qərbin sionist rejimə dəstəyi, uduzan at üzərində mərc etməkdir

 İslami Cihad Hərəkatının İrandakı nümayəndəsi Nasir Əbu Şərif Qərb ölkələrini sionist rejimə dəstək verdikləri üçün tənqid edərək deyib: “Onlar uduzan at üzərində mərc edirlər və bu rejimə görə bölgədəki maraqlarını təhlükəyə atırlar.”

İslami Cihad Hərəkatının nümayəndəsi Qəzza zolağına qurudan hücumla bağlı qarşıdakı ssenarilər barədə deyib: “Quru hücumu ilə bağlı sionist rejimin hərbi, hətta siyasi qüvvələri arasında fikir ayrılıqları mövcuddur. Əldə olan dəlillərə görə, Qəzza zolağına qarşı quru əməliyyatları gecikə bilər, amma demək lazımdır ki, bu əməliyyat mütləqdir. İndi heç kim bu hücumun necə davam edəcəyini bilmir. Ola bilər ki, bu müharibənin əhatə dairəsi genişlənsin və bütün digər cəbhələr müharibəyə girsin. Bu döyüşə başqa tərəflər də girə bilər, amma ümumilikdə demək lazımdır ki, indi vəziyyət qeyri-müəyyəndir və onun nəticələrini proqnozlaşdırmaq çox çətindir.”

Qərb ölkələrini sərt tənqid edən Əbu Şərif vurğulayıb: “Qərb ölkələri “İsrail” adlı uduzmuş at üzərində mərc ediblər. Məncə, onlar bu mərcdə uduzacaqlar, xüsusilə də özləri bir çox problemlərlə üzləşiblər. Bir tərəfdən Ukraynada təhlükəsizlik problemləri ilə üzləşiblər, digər tərəfdən isə iqtisadi problemlərdən əziyyət çəkirlər, iqtisadi artımları sıfırdan aşağıdır. Nəticədə, fikrimcə, Qərb dünyası böyük burulğana daxil olub və bu, onun əhəmiyyətli dərəcədə aşınmasına səbəb olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × four =