NATO BMT ilə əməkdaşlıq üçün Cenevrədə ofis açmağı planlaşdırır
NATO BMT və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı gücləndirmək üçün Cenevrədə ofis açmağı düşünür.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Vilnüsdə keçirilən sammitin birinci gününün yekunları üzrə dərc olunmuş yekun bəyanatda deyilir.
“Biz BMT və digər beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətimizi daha da gücləndirmək üçün Cenevrədə əlaqə ofisinin yaradılması imkanlarını araşdırırıq”, – sənəddə bildirilir.
Təşkilat, həmçinin ümumi maraqların təşviqi naminə ATƏT və Afrika İttifaqı ilə qarşılıqlı əlaqəni artırmaq niyyətindədir.
Report.az