NATO-nun baş katibi: “KXDR-in nüvə və raket proqramları gərginliyi artırır”

NATO-nun baş katibi: “KXDR-in nüvə və raket proqramları gərginliyi artırır”

NATO-nun baş katibi Yens Stoltenberq Şimali Koreyanın ballistik raket texnologiyasından istifadə edərək hərbi peyk buraxmasını pisləyən bəyanatla çıxış edib.

“Bu, gərginliyi artırır, regional və beynəlxalq təhlükəsizliyə ciddi təhlükə yaradır. Şimali Koreya ehtiyatsız davranışını dayandırmalı, nüvə və ballistik raket proqramlarından əl çəkməli və vicdanlı diplomatiya ilə məşğul olmalıdır”, – Şimali Atlantika Alyansının rəhbəri bildirib.

Onun sözlərinə görə, Şimali Koreyanın hərəkətləri BMT Təhlükəsizlik Şurasının çoxsaylı qətnamələrini pozur.

Daha əvvəl Pxenyan KXDR-in “Çollima-1” daşıyıcı raketinin Malligen-1№ peykini orbitə çıxardığını elan edib. Peyk Tonçxan poliqonundan buraxılıb. Prosesi Şimali Koreya lideri Kim Çen In müşahidə edib. Pxenyan “tezliklə” daha bir neçə oxşar peyk buraxmağı planlaşdırdıqlarını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + seven =