NATO-nun yeni hərbi bazası Bolqarıstana 55 milyon dollara başa gələcək

NATO-nun yeni hərbi bazası Bolqarıstana 55 milyon dollara başa gələcək

Bolqarıstanda NATO-nun çoxmillətli döyüş qrupu hərbi bazası üçün infrastrukturun tikintisi 55 milyon dollardan çox başa gələcək.

“Report” xəbər verir ki, bunu ölkənin müdafiə naziri Todor Taqarev bildirib.

Onun sözlərinə görə, kazarmaların, avadanlıqların saxlanması üçün binaların və yolların tikintisi 100 milyon bolqar levindən (təxminən 55 milyon ABŞ dolları – Qeyd) çox başa gələcək:

“Sofiyanın bu layihəni hazırlamaq üçün büdcə vəsaiti var, lakin NATO yenə də lazımi resursların bir hissəsini təmin edəcək. Baza üçün yer hələ müəyyən edilməyib, lakin çoxməqsədli döyüş qrupu ölkənin cənub-şərqindəki Yambol bölgəsindəki iki hərbi bazada yerləşə bilər”.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten − 5 =