NATO ölkələri arasında müharibə ola bilər -Şok səbəb
Publika.az xəbər verir ki, bu barədə “International Committee of the Fourth International” (WSWS) məlumat yayıb.
Qeyd olunur ki, Avropa ölkələri İkinci Dünya Müharibəsinin bitməsindən sonra hələ də ərazi mübahisələrini həll etməyiblər.
“Birlik iddialarına baxmayaraq, NATO alyansının özü yaxın gələcəkdə qəfildən silahlı münaqişəyə çevrilə biləcək dərin daxili parçalanmalarla üzləşir. Müharibənin az müzakirə olunan nəticələri arasında İkinci Dünya Müharibəsindən sonra nizamlanma nəticəsində yaranan ərazi mübahisələrinin yenilənməsi də var”, – beynəlxalq komitə qeyd edib.
WSWS-ə görə, ölkələr arasında ərazi mübahisələri təkcə yuxarıda göstərilən səbəbə görə yarana bilməz. Məsələn, alman siyasi elitası Polşanın Vroslav şəhərinin Almaniya İmperiyasında altıncı ən böyük şəhər olduğu vaxtları hələ də xatırlayır.
Publika.az