NATO rəsmisi: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”
![NATO rəsmisi: “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının tərəfdarıyıq”](https://sizinyol.org/wp-content/uploads/2024/01/259bebe7-ce63-380d-a91c-6a86c900106a_850.jpg)
NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
Bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə “Armenpress”ə müsahibəsində bildirib.
O qeyd edib ki, NATO rəsmi Bakı ilə İrəvan arasında danışıqların mümkün qədər tez bərpa olunmasını istəyir: “Bizim siyasət çox sadədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. BMT-nin Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmursa, tərəfdaşlarımız arasında fərq qoymuruq”.
X.Kolomina danışıqların müxtəlif formatda – ikitərəfli, ABŞ və Avropa İttifaqının iştirakı ilə olduğunu bildiklərini vurğulayaraq deyib ki, NATO üçün ən vacibi yekun nəticə, sabitliyin, sülhün olub-olmayacağıdır: “Çünki bu, Qafqazda sabitlik üçün çox vacibdir”.