Naxçıvanda tələbələr tətil günlərində işlə təmin ediləcək

Naxçıvanda tələbələr tətil günlərində işlə təmin ediləcək

Naxçıvan Muxtar Respublikasında tətil günlərində işləmək istəyən tələbələr mövsümi işlərlə təmin ediləcək.

Bu, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda öz əksini tapıb.

Belə ki, tətil günlərində işləmək istəyən tələbələrin mövsümi işlərlə təmin edilməsi üçün muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ali təhsil müəssisələrinə tapşırıq verilib.

Qeyd olunub ki, bu, yalnız iyul-avqust aylarını əhatə edəcək.

SALAMNEWS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 1 =