Naxçıvanda uşaqlar oğurlanır? – Rəsmi açıqlama

Naxçıvanda uşaqlar oğurlanır? – Rəsmi açıqlama

Vatsap vasitəsilə insanlara uşaq oğrularının olduğu ilə bağlı təşviş yaradan  məlumatlar göndərilib. İddia olunur ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Göndərilən mesajlarda bir qadının evləri dolaşaraq uşaqların sayını dəqiqləşdirdiyi bildirilir.

Məsələyə Naxçıvan MR Daxili İşlər Nazirliyindən münasibət bildirilib. Qeyd edilib ki, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir və dezinformasiya xarakteri daşıyır: “Uydurma məlumatı yayan şəxs və ya şəxslər müəyyən edilərək məsuliyyətinə cəlb ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × five =