Nazir: “ABŞ və Çin arasında sabit iqtisadi münasibətlərin saxlanması dünya üçün vacibdir”
“ABŞ və Çin arasında sabit iqtisadi münasibətlərin saxlanması dünya üçün vacibdir, baxmayaraq ki, iki ölkə arasında fikir ayrılıqları olacaq”.
“Report” xəbər verir ki, bunu ABŞ-ın ticarət naziri Cina Raymondo deyib.
“Bunlar mürəkkəb və gərgin münasibətlərdir. Təbii ki, müəyyən məsələlərdə razılaşmayacağıq. Düşünürəm ki, biz birbaşa, açıq və praktiki fəaliyyət göstərsək, irəliləyiş əldə edə bilərik”, – o bildirib.
Report.az