Nazir: Ermənistanın təxribatlarının intensivləşməsinin Aİ missiyası dövrünə təsadüf etməsi narahatlıq doğurur

Nazir: Ermənistanın təxribatlarının intensivləşməsinin Aİ missiyası dövrünə təsadüf etməsi narahatlıq doğurur

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubeli post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın bərpa-quruculuq fəaliyyəti, bölgədə kommunikasiyaların açılması istiqamətində görülən işlər, o cümlədən Ermənistanla münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə ətraflı məlumatlandırıb.

APA xəbər verir ki, nazir, Ermənistanın öhdəliklərindən boyun qaçıraraq davamlı hərbi-siyasi təxribatlar törətməsinin, mina təhdidini davam etdirməsinin sülh quruculuğu prosesinə xələl gətirdiyini diqqətə çatdırıb.

Son dövrlərdə Ermənistan tərəfindən törədilən təxribatların intensivləşməsinin Aİ-nin Ermənistanda missiyasının mövcudluğu dövrünə təsadüf etməsinin narahatlıq doğurduğunu bildirən nazir Ceyhun Bayramov, sözügedən Missiyadan Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək üçün bəhanə kimi sui-istifadə edilməsinin yolverilməz olduğunu vurğulayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + 3 =