NBC: G20 sammitində ABŞ və Çin liderləri görüşməyəcək

NBC: G20 sammitində ABŞ və Çin liderləri görüşməyəcək

ABŞ Prezidenti Co Baydenlə Çin sədri Si Cinpinin G20 üzvü olan dövlət başçılarının Hindistanda keçiriləcək Sammiti çərçivəsində görüşü planlaşdırılmır.

APA xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Həmçinin əlavə olunub ki, Çin və ABŞ liderləri bu ilin noyabrda San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (Asia-Pacific Economic Cooperation – APEC) sammiti çərçivəsində görüşə bilər, lakin bu barədə razılıq hələlik əldə olunmayıb.

Qeyd edək ki, Hindistan ötən ilin 1 dekabr tarixindən G20-yə sədrlik edir. Sammit 9-10 sentyabr tarixlərində Yeni Dehlidə keçiriləcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 15 =