“Neftçi” 106 milyonluq “Beşiktaş”ı keçə biləcəkmi?

“Neftçi” 106 milyonluq “Beşiktaş”ı keçə biləcəkmi?

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İstanbul təmsilçisi “Beşiktaş”la qarşılaşacaq.

BAKU.WS xəbər verir ki, 10 və 17 avqust tarixlərində baş tutacaq matçlar “Neftçi” üçün heç də asan keçməyəcək.

Nəzərə almaq lazımdır ki, “ağ-qaralar”ın rəqibi olan “Beşiktaş”ın nüfuzlu Almaniya portalı “Transfermarkt”dəki ümumi dəyəri 106,10 milyon avrodur. Klubun uğurları üçün transfer dəyəri 12 milyon olan Daniel Amartey və Gedson Fernandes adlı futbolçular top qovur. İstanbul təmsilçisi bundan əlavə dəyəri 3-6 milyon avro arasında dəyişən xeyli sayda futbolçuya da malikdir.

Klubun baş məşqçisi Türkiyə millisinə dünya üçüncülüyünü qazandıran Şenol Günəşdir. Bu məşqçi ilə klubun həm yerli çempionat, həm Avropa turnirlərində uğurlaru nəticələri heç də az deyil.

“Beşiktaş” büdcə və təcrübə baxımdan üstün görünsə də “Neftçi”nin asan təslim olmayacağı və mərhələ adlamaq üçün əlindən gələni edəcəyi heç kimdə şübhə oyatmır. Futbolda sürpriz nəticələr çox olur və “Neftçi”inin aşkar favorit göstərilən “Beşiktaş”ı keçməsi heç də mümkünsüz deyil. 

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + six =