“Neftçi” braziliyalı futbolçunu transfer edib

“Neftçi” braziliyalı futbolçunu transfer edib

“Neftçi” növbəti transferini reallaşdırıb.

Klubdan “Report”a verilən məlumata görə, braziliyalı futbolçu Yuri Matiasla 2 illik müqavilə bağlanıb.

28 yaşlı mərkəz müdafiəçisi “ağ-qaralar”ın heyətində 44 nömrəli formanı geyinəcək.

Yuri Matias Braziliyanın “Amerika” (2014-2016), Portuqaliyanın “Akademika” (2016-2020), Təbrizin “Traktor” (2020), Rumıniyanın “Qaz Metan Mediaş” (2020-2022) və ÇFR (2022-2023) klublarında çıxış edib. O, 2021/2022 mövsümündə ÇFR-lə Rumıniya çempionu olub.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl Azərbaycan yığmasının üzvləri – qapıçı Emil Balayev və Xorvatiya əsilli yarımmüdafiəçi Filip Ozobiçi transfer edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + five =