Netanyahu ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək

Netanyahu ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu tezliklə ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcək.

“Report” un məlumatına görə, bunu Amerika qanunverici orqanının Nümayəndələr Palatasının spikeri Mayk Conson Vaşinqtonda çıxışı zamanı deyib.

“Və bu gün sizə başqa bir şey deməkdən məmnunam. Tezliklə Baş nazir Netanyahunu Konqresin birgə iclası üçün Kapitoliyada qəbul edəcəyik. Bu, vaxtında və mənə elə gəlir ki, ən çətin anında İsrail hökumətinə dəstəyin çox güclü nümayişi olacaq”, – respublikaçı bildirib.

M. Conson daha əvvəl jurnalistlərə demişdi ki, Netanyahu ilə danışıb və onlar İsrail Baş nazirinin Konqres qarşısında birgə çıxışı üçün bir tarix razılaşdırmağa çalışırlar. Bu təşəbbüs Senatın Demokratik Çoxluğun lideri Çak Şumerin dəstəyini tələb edəcək. O, artıq razılığını verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − 4 =