Netanyahu: Biz HƏMAS-ın hərbi gücünü məhv etməyə yaxınıq

Netanyahu: Biz HƏMAS-ın hərbi gücünü məhv etməyə yaxınıq

 Sionist rejimin baş naziri ötən 9 ayda Qəzza zolağına qarşı müharibənin məqsədlərinə çata bilməməsinə baxmayaraq, bu rejimin HƏMAS-ın hərbi gücünü məhv etməyə yaxın olduğunu iddia edib.

Əl Aləm telekanalının məlumatına əsasən, Benyamin Netanyahu bir daha HƏMAS-ın məhv edilməsi də daxil olmaqla Qəzzəyə qarşı müharibənin məqsədlərinə nail olunması ilə bağlı iddialarını təkrarlayıb.

Netanyahu iddia edib: İsrail HƏMAS-ın hərbi gücünün məhvinin sonuna yaxınlaşır və silahlı ünsürlərinin qalıqlarını məhv etməyə davam edəcəyik.

Netanyahu bundan əvvəl də Həmasın məhv edilməsi və məhbusların geri qaytarılması da daxil olmaqla, məqsədlərinə çatana, Qəzzanın İsrail üçün təhlükə olmayacağı zamana qədər müharibəyə sadiq qalacağının demişdi.

Sionist rejimin heç bir nəticəsi olmayan Qəzzə zolağına hücumundan təxminən 9 ay keçdikdən sonra bu rejim günü-gündən daha çox daxili və xarici böhranlara batmaqdadır. Sionist rejimin baş naziri müharibəni davam etdirmək əvəzinə Fələstin müqaviməti ilə atəşkəs sazişi imzalamaq üçün xüsusilə sionist məhbusların ailələri tərəfindən geniş daxili təzyiqlərlə  də üz-üzədir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five + 15 =