Netanyahu: “Bu, uzun bir müharibə olacaq”

Netanyahu: “Bu, uzun bir müharibə olacaq”

İsrailin baş naziri Benyamin Netanyahu çətin bir müharibədə olduqlarını və bunun uzun müddət davam edəcəyini bildirib.

İsrail baş naziri blokada altındakı Qəzza zolağında daha 9 İsrail əsgərinin öldürülməsindən sonra video bəyanat yayıb.

O çıxışında Qəzzada çox mühüm qazanc əldə etdiklərini, eyni zamanda ağrılı itkilər də verdiklərini deyib. Qələbə əldə olunana qədər Qəzzada müharibəni davam etdirəcəklərini ifadə edən Netanyahu, “Çətin bir müharibədəyik. Bu, uzun bir müharibə olacaq”, – deyə açıqlayıb.

İsrail ordusundan dünən verilən bəyanatda Qəzzanın şimalında baş verən qarşıdurmalarda 2 İsrail əsgərinin şəhid olduğu bildirilmişdi. Bu səhər isə Qəzza zolağında daha 9 İsrail əsgərinin şəhid olduğu açıqlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − six =