Netanyahu Ərəbistanla əlaqələrini normallaşdırmaq istəmir

Netanyahu Ərəbistanla əlaqələrini normallaşdırmaq istəmir

Amerika rəsmiləri sionist rejim baş nazirinin Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələrin normallaşmasına razı olmadığından danışırlar.

Fars İnformasiya Agentliyinin bu günə (18 yanvar) olan məlumatına əsasən, ABŞ rəsmiləri İsrailin Fələstin dövlətinin təşkili qarşılığında Ərəbistanla diplomatik əlaqələrinin normallaşmasını istəmədiyi xəbərini ifşa ediblər.

Məlumata görə Binyammin Netanyahu Blinkenlə olan görüşündə Riyazla əlaqələrinin yenidən qurulması qarşılığında Fələstin dövlətinin yaradılması təklifini rədd edib.

Deyilənlərə görə Blinken Netanyahuya Həmasla artıq hərbi yolla mübarizə aparmağın mənasız olduğunu və artıq müzakirədən başqa heç bir çıxış yolunun qalmadığını deyib.

NBC-yə danışan ABŞ rəsmiləri deyiblər ki, Bayden dövləti Yaxın Şərqdə öz məqsdələri naminə Netanyahudan daha çox maraqlıdır və o hakimiyyətdən getdikdən sonra digər başçılarla İsrailin siyasi taleyini həll etmək üzərində çalışır.

Hətta Blinkenin Tel Əviv baş nazirinə Ərəbistan vəliəhdi Məhəmməd Bin Salmanla birlikdə 4 ərəb ölkəsinin də Qəzzə infrastrukturlarının restavrasiyasına yardım edəcəklərini də deyib. Amma Netanyahu Fələstin dövlətinin qurulması barədə təklifini qəbul etməyə hazır olmadığını vurğulayıb.

NBC-nin məlumatına görə, Netanyahu Blinkenlə görüşündə sadəcə Livan Hizbullahına böyük hücumlar etməməsi barədə təklifini qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen − four =