Netanyahu Fələstin müqavimətinin raket hücumlarından qorxudadır

Netanyahu Fələstin müqavimətinin raket hücumlarından qorxudadır

Bu rejimin təhlükəsizlik kabinetinin üzvü olan bir sionist rəsmi sionist ordusunun Fələstin müqavimətinin Qəzzədən həyata keçirilən raket hücumlarına sərt reaksiya verməməsinin səbəbini açıqlayıb.

Mehr Xəbər Agentliyinin Şahab News saytına istinadən verdiyi məlumata görə, sionist rejimin təhlükəsizlik kabinetinin üzvü elan edib ki, baş nazir Binyamin Netanyahu Fələstin müqavimətinin raket hücumlarına qarşı sərt reaksiyadan qorxur.

Bununla bağlı o, deyib: Netanyahu bu raket hücumlarına güclü reaksiyanın nəticələrindən narahatdır, çünki o, Pasxa bayramı zamanı mühacirləri sığınacaqlara qaçan halda görmək istəmir.

Sionist qüvvələr Məscidül-Əqsaya son hücumlarında onlarla dindarı yaralayıb və 500-dən çox insanı həbs edib. Sionist əsgərlər Əl-Qəbli məscidində fələstinli ibadət edənlərə hücum edərək, onlara qarşı gözyaşardıcı qaz və səs bombaları atıblar.

Bu hücumlar həmçinin Fələstin müqavimətinin raket cavabı ilə müşayiət olunub. Müqavimət sionistlərin Əl-Əqsa məscidində ibadət edənlərə qarşı hücumlarının davam edəcəyi təqdirdə, sionist yaşayış məntəqələrinə qarşı raket hücumlarının da davam edəcəyini vurğulayıb.

HƏMAS-ın siyasi ofisinin rəhbəri İsmayıl Həniyyə də bu sionist hücumlarının misli görünməmiş cinayət olduğunu və səhnədə görünənlərdən daha böyük ölçülərə malik olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × four =