Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si zərərsizləşdirilib

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si zərərsizləşdirilib

İsrail ordusu Fələstinin radikal HƏMAS hərəkatının 24 batalyonundan 20-sini məhv edib.

Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu Amerikanın “Merit Street Media” telekanalına müsahibəsində bildirib.

“Biz HƏMAS-ın 24 batalyonundan 20-yə yaxınını məhv edə bildik. Rəfahda daha 4-nü məhv etməliyik. Buna görə Rəfaha girmək istəyirik, çünki onları orada qoya bilmərik”, – İsrail hökumətinin başçısı deyib.

Netanyahu həmçinin Rəfahda əməliyyat zamanı İsrailin çox güclü müqavimətlə qarşılaşacağını da qeyd edib, lakin ölkə ordusunun bunun öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen + seventeen =