Netanyahu: “İsrail müstəqil ölkədir və qərarları da özü verir”

Netanyahu: “İsrail müstəqil ölkədir və qərarları da özü verir”

“Reuters” xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Nazirlər Kabinetinin həftəlik iclasında ABŞ-ın İsraili hərbi fəaliyyətini genişləndirməməyə inandırdığına dair məlumatları təkzib edib: ” Son günlər bəzi mətbuat orqanları guya ABŞ-ın əməliyyat keçirməyimizə mane olmağa hazırlaşdığı barədə məlumat tirajla yır. Bunların heç biri doğru deyil, İsrail suveren dövlətdir və qərar verməkdə sərbəstdir”.Netanyahunun sözlərinə görə, İsrailin hərəkətləri xarici təzyiqlə diktə olunmur: “Qüvvələrimizdən necə istifadə ediləcəyi İsrail ordusunun müstəqil qərarıdır”.

Bundan əvvəl “The Wall Street Journal” ABŞ prezidenti Co Baydenin İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS-ın İsrailə hücumundan bir neçə gün sonra Livandakı Hizbullah qüvvələrinə qarşı qabaqlayıcı zərbəni dayandırmağa inandırdığını və belə bir hücumun yeni böhrana səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyini yazmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 3 =