Netanyahu: “İsrailin HƏMAS üzərində qələbəsi bütün dünyanın qələbəsidir”

Netanyahu: “İsrailin HƏMAS üzərində qələbəsi bütün dünyanın qələbəsidir”

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makron, Niderlandın Baş naziri Mark Rutte və İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqlar aparıb.

Bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

“Liderlərlə danışıqlar zamanı baş nazir HƏMAS-ın hərbi və hökumət potensialını məhv etmək üçün xalqın birliyini və əzmini qeyd edib və bildirib ki, İsrailin HƏMAS üzərində qələbəsi bütün dünyanın qələbəsidir”, – deyə məlumatda qeyd olunub.

Qeyd olunur ki, Fransa lideri və Niderlandın Baş naziri Netanyahu ilə görüşmək üçün bazar ertəsi və çərşənbə axşamı İsrailə gedəcəklər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 12 =