Netanyahu İsrailin Rəfaha zərbə endirməsini faciəvi səhv adlandırıb

Netanyahu İsrailin Rəfaha zərbə endirməsini faciəvi səhv adlandırıb

İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə endirdiyi və dinc sakinlərin ölümü ilə nəticələnən zərbə faciəli səhvdir.

“ABC News” verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu parlamentdə çıxışı zamanı deyib.

“Günahsız mülki insanlara zərər verməmək üçün bütün səylərimizə baxmayaraq, dünən gecə faciəli bir səhv baş verdi” dedi İsrailin baş naziri.

Qeyd olunur ki, Benyamin Netanyahu bu “səhv”in səbəbini açıqlamayıb. O, həmçinin vurğulayıb ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + one =