Netanyahu məyusdur: ABŞ hansı səbəbdən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etmir  

Netanyahu məyusdur: ABŞ hansı səbəbdən Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq etmir  

İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqton administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiyalar tətbiq etməkdən imtina qərarından məyus olub.

O, bu barədə “Sirius XM” radiosuna müsahibəsində danışıb.

Netanyahu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin bununla bağlı bəyanatını şərh edib.

“Birləşmiş Ştatlar sanksiya məsələsini dəstəkləyirdi. Mən bunun qəti mövqe olduğunu düşünürdüm, çünki bir neçə gün əvvəl (məsələ ilə bağlı) ikipartiyalı konsensus var idi. İndi siz deyirsiniz ki, bu sual altındadır. Düzünü desəm bundan olduqca təəccüblüyəm və məyusam”,-deyə Natanyahu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =