Netanyahu: Olum ya ölüm! Başqa çarəmiz yoxdur

Sionist rejimin baş naziri Benyamin Netanyahu Fələstin müqavimətinin 7 oktyabr “Əl Əqsa Tufanı”nı “Qara Gün” adlandırıb.

Əl Aləm telekanalının məlumatına əsasən, Netanyahu dünən axşam (12 oktyabr) Knessetdəki çıxışında Qəzzə əleyhinə müharibədə “İsrailin ölüm ya olum”dan başqası çarəsinin olmadığını deyib.

O, daha sonra vurğulayıb: Biz hamımız bu müharibədə vəhdət qurmalıyıq.

İşğalçı nazir Tel Əvivin itkin düşənlərin tapılmasında və cəsədlərin təyin edilməsindəki xarici yardımlar alması barədə deyib: Həmasa əl tutan bütün ölkələrə sanksiya qoyacağıq.

“Prezident Baydendən bütün şəhərlərimizin müdafiəsi üçün silah istədim. Sabah da ABŞ-ın müdafiə naziri ilə danışıb daha çox silah istəyəcəyəm” – Netanyahu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × 4 =