Netanyahu onların görüşünə mane olur: “Azı iki dəfə zəng edib, lakin…”

Netanyahu onların görüşünə mane olur: “Azı iki dəfə zəng edib, lakin…”

İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yaov Qallantın Xarici Kəşfiyyat Xidməti Mossadın rəhbəri David Barnea ilə Qəzzadakı israilli girovlar məsələsini müzakirə etməsinə mane olur.

Bu barədə İsrail mətbuatında xəbərlər yayılıb.

Bildirilir ki, Qallant məsələ ilə bağlı ən azı iki dəfə Barneaya zəng vurub, lakin Baş Nazirlik Netanyahunun bu görüşü təsdiqləmədiyini Müdafiə Nazirliyinə çatdırıb.

“Baş nazir Mossad rəhbərini məhdudlaşdırmır, o, öz proqramına uyğun hərəkət edə bilər. Məhz müharibə kabineti əsir və itkin düşmüş insanlarla bağlı siyasətə qərar verir və müəyyən edir. Başqa heç kim yox” – Netanyahunun mətbuat xidmətinin mövzu ilə bağlı verdiyi açıqlamada bildirilib.

İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti isə mövzu ilə bağlı hələ heç bir açıqlama verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − 11 =