Netanyahu: Qəzzanın cənubunda döyüşləri genişləndiririk
![Netanyahu: Qəzzanın cənubunda döyüşləri genişləndiririk](https://sizinyol.org/wp-content/uploads/2023/12/de6fbe77-4a16-3022-83a1-182af5a55944_850.jpg)
İsrail müharibəni davam etdirir və Qəzza zolağının cənubunda hərbi əməliyyatları genişləndirir.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.
“Qəzza zolağının cənubunda və digər yerlərdə hərbi əməliyyatları genişləndirərək müharibəni davam etdiririk. Biz HƏMAS terrorçularına deyirik: sizi görürük və sizə çatacağıq”, – Baş nazirin Ofisi onun bəyanatını yayıb.
“Döyüşçülərimiz (Qəzza zolağında) yerin səthində, bəzən yerin altında döyüşür və bizim göydə də gözlərimiz var”, – Nazirlər Kabinetinin rəhbəri davam edib.
“Ən qabaqcıl texnologiyalardan istifadə də daxil olmaqla, sona qədər mübarizə aparırıq”, – Netanyahu vurğulayıb.