Netanyahu Rəfəhə hücum üçün ABŞ-ı gözləyir

Netanyahu Rəfəhə hücum üçün ABŞ-ı gözləyir

Sionist rejimin baş naziri rəsmilərini Vaşinqtona səfər ləğvindən sonra Rad Dermer və Saxi Hanqebini Amerikaya göndərmək istəyir.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Benyamin Netanyahu gələn həftə digər rəsmilərini Vaşinqtona göndərəcək.

Məlumta görə bu səfərdə əsas məqsəd Rəfəhə hücumun detalları barədə Ağ Evlə məsləhətləşmələrdir.

“Yedioth Ahronoth”un öz mənbələrinə istinadən məlumatında deyilir:
İsrail Baş naziri Benyamin Netanyahu bununla bağlı Hərbi Kabinetin üzvlərinə məlumat verərək bildirib ki, nümayəndə heyəti gələn həftə Vaşinqtona yola düşəcək.

Bildirilib ki, nümayəndə heyətinin üzvləri ABŞ nümayəndələr ilə İsrailin Rəfahda mümkün hərbi əməliyyatını müzakirə edəcəklər.

İsrail rejimi hələlik nümayəndə heyətinin səfərinə dair məlumatı şərh etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen − seven =