Netanyahu tənqid etdi – ABŞ hərəkətə keçdi

Netanyahu tənqid etdi – ABŞ hərəkətə keçdi

“ABŞ dövlət katibi Entoni Blinken İsraildə səfərdə olarkən bizim açıq söhbətimiz oldu. Mən dedim ki, Amerikanın müharibənin lap əvvəlindən bizə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk. Lakin mən bununla yanaşı, digər söz də dedim. Dedim ki, son bir neçə aydır ABŞ administrasiyası İsrailə silah-sursat tədarükünü dayandırıb. İsrail ABŞ-ın yaxın müttəfiqidir. Blinken məni əmin etdi ki, ABŞ administrasiyası maneələrin aradan qaldırılması üzərində işləyir. Mən inanıram ki, onun dediyi kimidir, belə də olmalıdır. İkinci Dünya savaşı zamanı Uinston Çörçill ABŞ-a demişdi ki, bizə silah-sursat verin, işi başa çatdıraq. İndi isə mən deyirəm, bizə silah-sursat verin, işi daha tez başa çatdıracağıq”.

Netanyahunun ABŞ-ı tənqid edən videomüraciətindən sonra Ağ Ev ABŞ və İsrail arasında cümə axşamı baş tutmalı olan yüksək səviyyəli görüşü ləğv edib.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib ki, Amerikanın İsrailə silah tədarükü dayanmayıb.

“Axios” portalının qeyd etdiyi kimi, ABŞ prezidenti Co Baydenin baş məsləhətçiləri videoya görə “qəzəbdən çıldırmış durumda olublar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 11 =