Netanyahu yalnız bir məqsəd güdür – Maliki
İsrailin Baş naziri Benyamin Netanyahun milyonlarla fələstinlinin həyatı üzərində “özünün siyasi həyatını” təmin etmək məqsədi güdür.
Bunu Fələstin xarici işlər naziri Riyad əl-Maliki bildirib.
“Bir tərəfdə beynəlxalq ictimaiyyətin iradəsi, digər tərəfdən isə yalnız bir məqsəd güdən İsrail Baş nazirinin şıltaqlıqları var – İsrailin qanunsuz işğalı şərti ilə milyonlarla fələstinlinin həyatı üzərində öz siyasi həyatını qorumaq”., – Maliki qeyd edib.