Netenyahu üzr istədi

Netenyahu üzr istədi

İsrail Baş naziri Binyamin Netenyahu kəşfiyyat orqanlarının onu HAMAS-ın hücuma hazırlaşması barədə xəbərdar etməməsi ilə bağlı X sosial şəbəkəsində yazdığı, daha sonra sildiyi paylaşıma görə üzr istəyib.

Benyamin Netenyahu X sosial şəbəkəsindəki yeni paylaşmında bildirib ki, İsrail xüsusi xidmət orqanlarını günahlandırmaqla səhv edib.

İsrail Baş naziri buna görə üzr istəyib: “Mən cəbhədə olan və savaşan bütün güc strukturlarının rəhbərlərini tam dəstəkləyirəm. Baş Qərargah rəisini, bütün komandirləri və əsgərləri dəstəkləyirəm. Biz birlikdə qalib gələcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + four =