New York Times: İsrail Qəzza tunellərini sökmək üçün illər sərf etməlidir-Video

New York Times: İsrail Qəzza tunellərini sökmək üçün illər sərf etməlidir-Video

Amerika qəzetinə müsahibə verən İsrail rəsmiləri Qəzzada tunel şəbəkəsini məhv etmək üçün son cəhdlərin uğursuz olduğunu bildirərək, onların biliklərinin onu sökmək üçün kifayət etmədiyini etiraf ediblər.

Amerikanın “New York Times” qəzeti İsrail ordusunun HƏMAS tunellərinin “miqyas və əhəmiyyətini” lazımınca qiymətləndirməməsi ilə bağlı çərşənbə axşamı verdiyi hesabatda bunu “Kəşfiyyat uğursuzluğu” kimi təsvir edib.

İsrail ordusunun HƏMAS tərəfindən inşa edilən tunellərin ölçüsü və keyfiyyətindən heyrətə düşməsinə toxunan bu hesabat əlavə edir ki, əvvəlcə tunel şəbəkəsinin 250 mil (400 km) yeraltı keçid və xəndəklərdən ibarət olacağı təxmin edilirdi, lakin İsrail ordusu indi bu təxminləri artıraraq450-560-725 km və ya daha çox olduğunu bildirib.

Adı açıqlanmayan iki İsrail rəsmisi The New York Times-a deyiblər: “Qəzzanın altında tunellərə aparan təxminən 5700 ayrı quyu var. Bu məmurlardan biri bu tunelləri sıradan çıxarmaq üçün illər lazım olacağını deyib və Tel-Əvivin tunelləri dəniz suyu ilə dolduraraq məhv etmək cəhdlərinin son vaxtlar baş verdiyini uğursuz olduğunu etiraf edib.

Son günlərdə sionist ordusunun Qəzzəyə qurudan daxil olması ilə tunellər onun üçün demək olar ki, ən böyük təhlükəyə çevrilib və ilkin hesablamaların dəyişməsinə baxmayaraq, Tel-Əvivin hələ də tunellərin həcmi barədə heç bir fikri yoxdur.

İsrail ordusunu “ölüm tələsinə” (Qəzza tunelləri) necə aparacağı ilə bağlı HƏMAS-ın yaydığı video:

Dekabrın 17-də İsrail ordusu Qəzzanın şimalında dörd kilometrlik tunel tapdığını elan edib.

Tel-Əvivin bu kəşfdən qazanc əldə etmək cəhdinə cavab olaraq, İbrani mediası bütün imkanları (santexnika, elektrik və kommunikasiya xətləri) olan belə geniş (nəqliyyat vasitələrini keçə bilən) və dərinlikdə (bəzi ərazilərdə 50 metrə qədər) tunelin mövcud olduğunu bildirib. İsrail yaşayış məntəqələrinin bir neçə metrliyində bu cür tunelin olmasını təhlükəsizlik qurumları tərəfindən HƏMAS-ın tunel tikintisindən xəbərsizliyinin zirvəsi hesab ediblər.

İsrail ordusu tunel müharibəsində ölən və yaralanan əsgərlərin sayını açıqlamaqdan imtina etsə də, ümumilikdə Qəzzada quru əməliyyatı başlayandan bəri 192 əsgərinin öldürüldüyünü açıqlayıb.

 “New York Times” qəzetinə müsahibə verən İsrail əsgərlərindən biri Qəzzanın şimal-şərqindəki Beyt Hanunda 50-yə yaxın tunelin dağıdılmasında iştirak etdiyini,“hamısı uzaqdan işə salınan bomba və digər partlayıcılarla təchiz edildiyini bildirib.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 1 =