Niderlandda atışmada 3 nəfər ölüb

Niderlandda atışmada 3 nəfər ölüb

Niderlandın Rotterdam şəhərində baş verən iki atışma nəticəsində üç nəfər ölüb.

APA Sinxua agentliyinə istinadla xəbər verir ki, şübhəli şəxs polis tərəfindən saxlanılıb.

Yerli polisin məlumatına görə, 32 yaşlı şübhəli şəxs Erasmus Universitetinin tələbəsidir. Cümə axşamı günortadan sonra o, Rotterdamda bir evə soxularaq 39 yaşlı qadını güllələyərək öldürüb, 14 yaşlı qızını isə ağır yaralayıb, sonra o, xəstəxanada ölüb.

Daha sonra şübhəli şəxs Erasmus Universitetinin Tibb Mərkəzində atəş açıb və 43 yaşlı müəllimi öldürüb.

Cinayətkar tibb məntəqəsinin yaxınlığında yaxalanıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 + 16 =