Nigerdəki üsyançılar beynəlxalq təşkilatların fəaliyyətini dayandırıblar

Nigerdəki üsyançılar beynəlxalq təşkilatların fəaliyyətini dayandırıblar

Nigerdə üsyançılar tərəfindən yaradılan keçid hökumətinin Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların və QHT-lərin əməliyyat zonalarında fəaliyyətini dayandırmaq barədə göstəriş verib.

“Report” xəbər verir ki, bu barədə Agence France-Presse (AFP) məlumat yayıb.

“Təhlükəsizlik vəziyyəti və Niger Silahlı Qüvvələrinin hazırkı əməliyyat hazırlığı ilə əlaqədar nazirlik ölkədə mövcud olan beynəlxalq təşkilatları, milli və beynəlxalq QHT-ləri və BMT-yə bağlı qurumları məlumatlandırır ki, onların bütün fəaliyyət və hərəkətləri əməliyyat zonalarında müvəqqəti olaraq dayandırılıb”, – AFP agentliyi bildirir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − 6 =