Niyə azərbaycanlı inanclılar ABŞ-ın yadına düşüb?

Niyə azərbaycanlı inanclılar ABŞ-ın yadına düşüb?

Azərbaycan Respublikasında dindarlara qarşı repressiyalara həmişə biganə yanaşan və inanclı insanların hüquqlarının tapdalanmasına daima göz yuman ABŞ, rəsmi Bakıya təzyiqlərini artırmaq fonunda Azərbaycanı dini azadlıqların ciddi pozuntusuna yol verən ölkələrin xüsusi siyahısına salıb.

Siyahıya ötən ildən qalan 12 ölkələrlə yanaşı Əlcəzair, Azərbaycan, Mərkəz Afrika Respublikası, Komor Adaları və Vyetnam da daxil edilib. 

“Hökumətlər dini azlıqların icmalarına və ziyarətgahlarına hücumlara, fikirlərin dinc şəkildə ifadəsinə görə həbslərə, transmilli repressiyalara və dini icmalara qarşı zorakılıq çağırışlarına son qoymalıdırlar”, deyə hesabatı açıqlayan dövlət katibi Blinken qeyd edib.

Amerikanın dini etiqad azadlığı üzrə qurumu – USCIRF isə ötən ay açıqladığı hesabatda deyilir ki, son üç ildə Azərbaycan hökuməti din haqqında qanuna iki dəfə düzəliş edərək, müxtəlif növ dini fəaliyyətlərə yeni məhdudiyyətlər gətirib.

Məruzədə həmçinin Dağlıq Qarabağdakı dini obyektlərlə bağlı narahatlıq ifadə olunur.

Azərbaycan Respublikasında müsəlman şiə inanclılarının davamlı şəkildə repressiyalara məruz qalması heç vaxt ABŞ və qərb tərəfindən narazılıq doğurmamışdır. Dindarların İranla əlaqələndirilərək və  şərlənərək həbs edilmələri xristian dövlətlərini heç də narahat etmir. Onlar sadəcə qərbyönümlü qüvvələri dəstəkləyir və rəsmi Bakını onların fəaliyyəti üçün hərcur şərait yaratmağa çağırırlar.

ABŞ-ın Azərbaycan Respublikasında uzun illər davam edən müsəlman dindarlara qarşı repressiyaları qəfildən yada salması əslində Vaşinqton ilə rəsmi Bakı arasında yaşanan son problemlərlə əlaqədardır. Belə ki, Ağ ev cənubi Qafqazda birinci rola malik olmaq istəyir və bunu Ermənistan və Azərbaycandan tələb edir. Rəsmi Bakı isə ikinci Qarabağ müharibəsi və Qarabağ separatçılarının fəaliyyətinə son qoyulmasından sonra balanslaşdırılmış siyasətinə yenidən baxmalı olub və Rusiya ilə qərb arasında seçim etmək məcburiyyətindədir.  ABŞ və Avropaya görə Bakı Rusiyanın yanında yer almaq istəyir və buna görə də cəzalandırılmalıdır.

İndi ABŞ başda olmaqla qərb dövlətlərinin tez-tez rəsmi Bakıya insan haqları mövzusunda ilişmələri heç də onların Azərbaycan Respublikasında insan haqları yaxud bu ölkənin müsəlman xalqının inancları sarıdan nigaran qaldıqlarına görə deyil. Onlar həmişə insan haqları mövzusuna dövlətlərə qarşı təzyiq vasitəsi kimi yanaşıblar və bu vasitədən öz istəklərini dikte etmək üçün faydalanıblar.

Ancaq eyni zamanda ABŞ-ın Azərbaycan Respublikasında dini zəmindəki basqılara etirafı bu həqiqəti əks etdirir ki, rəsmi Bakının uzun illər müttəfiq adlandırdığı qərb ölklələri də bu ölkədə şiə müsəlmanlarına qarşı ittihamların uydurma olduğunu bilir və heç də rəsmi Bakının dediklərinə inanmır və vaxtı gəldikdə bu eybəcərlikdən Azərbaycan hökumətinə qarşı faydalanmağı və ondan imtiyaz almağı düşünür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =