Nizami Gəncəvi haqda serial çəkiləcək

Nizami Gəncəvi haqda serial çəkiləcək

İranın Mədəniyyət və İslami İrşad Naziri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəviyə həsr olunmuş filmin çəkiləcəyindən xəbər verib.

İRNA-nın məlumatına görə, Bakıda keçirilən 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili deyib: İki ölkə arasında ortaq mədəni-irsi şəxsiyyətlərimiz var və onlar bizim ortaq mədəni irsimizin bir hissəsi hesab olunur, biz əsrlər boyu birlikdə yaşamışıq, bu imkanlar ayrılığa deyil, qardaşlığı və əlaqələrin artmasına səbəb olmamalıdır.

Nizami Gəncəvinin bütün şeirlərinin fars dilində olduğunu və iki ölkə arasında ortaq miras sayıldığını qeyd edən İsmaili əlavə edib: Biz Nizami Gəncəvi haqda bir serialın çəkilişi üçün Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindəki həmkarlarımızla əməkdaşlıq barədə razılığa gəldik.

Xatırladaq ki, mayın 12-də Məhəmməd Mehdi İsmaili Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycan Respublikasının mədəniyyət naziri ilə də görüşdə iki ölkə arasında mədəniyyət mübadiləsinin bərpasını vurğulayaraq demişdi ki, biz iki ölkə arasında hərtərəfli mədəniyyət memorandumunu yenidən imzalamaq istəyirik. İranın Azərbaycan Respublikası ilə ümumi, uzun dəniz və su sərhədi var və mən təklif edirəm ki, sərhəd şəhərlərində mədəni əlaqələr yaradılsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × four =