Norveçdə daşqın səbəbindən 4 minə yaxın insan təxliyə edilib
Norveçdə “Hans” siklonunun səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 3 885 nəfər evlərini tərk etməli olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NTB agentliyi məlumat yayıb.
Ölkənin qərb sahilindəki Ol şəhərini 1 000 nəfər, mərkəzi hissəsindəki Hönefoss şəhərini isə 1 714 nəfər tərk etmək məcburiyyətində qalıb. Təxliyə edilənlərin ümumi sayı hələ dəqiq hesablanmayıb, çünki onların bəziləri artıq evlərinə qayıdıblar.
NTB-nin məlumatına görə, avqustun 10-da 3 min nəfər təxliyə edilib. İctimai Təhlükəsizlik və Fövqəladə Hallara Hazırlıq İdarəsi xilasetmə işləri üçün 12 helikopter ayırıb, onlara polis və Silahlı Qüvvələrin helikopterləri yardım edir.
Report.az